525.Az

Azərbaycanda 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb


 

Azərbaycanda 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb<b style="color:red"></b>

Artıq ilk 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb.

525.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, ötən il maliyyə sahəsində həyata keçirilən islahatlarla xarakterizə olunur: “Elektron büdcə bələdçisi altsistemi yaradılıb, bu şəffaflığın təmini üçün önəmli platformadır. Artıq ilk 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb və yaxın günlərdə hökumətə təqdim olunacaq”.

 





09.06.2026    çap et  çap et