"Banklar kredit verərkən potensial müştərilərinin kredit tarixçəsini, digər banklarla münasibətlərini və öhdəliklərini necə yerinə yetirdiklərini araşdırırlar. Burada əsas bankın mövqeyidir. Əsas məsələ qanunvericilik tələblərindən çox, bankın verdiyi məbləği geri ala bilməmək riskini qiymətləndirməsidir”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a deyib. Ekspert qeyd edib ki, müvafiq qanunvericilik yalnız istehlak kreditləri verilərkən müştərinin borclanma yükünün həddini müəyyənləşdirir. Hansı müştəriyə kredit verib-verməmək isə prudensial tələblər çərçivəsində bankın öz qərarıdır:
“Bank araşdırma aparır və buna uyğun da müştəriyə kredit verib-verməmək qərarı verir. Krediti bağlamayan şəxslətə təkrar kredit verilmir. Buna görə də öncə, köhnə borclar bağlanmalı, maliyyə vəziyyəti qaydaya salınmalıdır. Bundan sonra təkrar kredit verilir. Riskli müştərilərə təkrar kredit verilməzdən öncə banklar tərəfindən daha ciddi araşdırmalar aparılır”.
Sevinc Qarayeva
çap et