2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 3 milyard 349 milyon manat və ya 7,5% üstələyərək 48 milyard 10,1 milyon manat təşkil edib.
525.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.
Hesabata əsasən, icmal büdcənin gəlirləri 2024-cü illə müqayisədə 44,6 milyon manat artıb.
İcmal büdcənin xərcləri isə təsdiq edilmiş proqnozdan 3 milyard 685 milyon manat və ya 7,6% az olmaqla 44 milyard 655 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 1 milyard 814,7 milyon manat və ya 4,2% çoxdur.
çap et