525.Az

Azərbaycan millisinin futbolçusu müalicə üçün Madridə yollanıb


 

Azərbaycan millisinin futbolçusu müalicə üçün Madridə yollanıb<b style="color:red"></b>

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.

525.az-a bu barədə AFFA-dan məlumat verilib.

Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.

Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 





09.06.2026    çap et  çap et