525.Az

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə


 

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - <b style="color:red"> yeni layihə</b>

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə start verir.

525.az-a Mərkəzdən bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliği və bu sahədə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək göstərməkdir.

Layihə üzrə ilk seminar iyunun 11-də saat 14:00-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə keçiriləcək.

Seminara giriş sərbəstdir.

 





09.06.2026    çap et  çap et