525.Az

"ABŞ-nin Ukrayna üzrə vasitəçilik səylərində pauza yaranıb" -  Peskov


 

"ABŞ-nin Ukrayna üzrə vasitəçilik səylərində pauza yaranıb" - <b style="color:red"> Peskov</b>

"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və sahibkar Cared Kuşnerin Rusiyaya səfəri ilə bağlı hələlik dəqiq tarix yoxdur".

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Kreml onları istənilən vaxt qarşılamağa hazırdır. 

Peskov əlavə edib ki, Ukrayna məsələsi üzrə vasitəçilik prosesində hələlik pauza yaranıb:

"Bununla belə, Amerika danışıqçıları əlaqələri davam etdirirlər. Bizimlə və ukraynalılarla mövcud kanallar vasitəsilə əlaqələr davam edir".

Pərvanə Sultanova

 





09.06.2026    çap et  çap et