525.Az

Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub


 

Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub<b style="color:red"></b>

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

525.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

 





09.06.2026    çap et  çap et