525.Az

AK Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib


 

AK Rusiyaya qarşı 21-ci sanksiya paketini<b style="color:red"> təqdim edib</b>

Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib.

525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Məlumata görə, 21-ci sanksiya paketinə daha 170 fiziki şəxsi və qurum əlavə edilib. Onların arasında 90 Rusiya bankı da var. Həmçinin AK rəhbəri sanksiya paketinə 30 tankerin daxil edilməsini və Rusiya neftinin qiymətinin yuxarı həddini dəyişməz saxlamağı təklif edib. 

Leyenin sözlərinə görə, Avropa Komissiyası Rusiyaya mayeləşdirilmiş təbii qaz tankerlərinin satışını qadağan etməyi və Rusiya ilə enerji resursları ticarəti edən limanlara sanksiyalar tətbiq etməyi nəzərdə tutur.

Pərvanə Sultanova

 





09.06.2026    çap et  çap et