525.Az

Yekun nəticələri gözləyirik - Peskov Putinin təbriki barədə 


 

Yekun nəticələri gözləyirik - <b style="color:red"> Peskov Putinin təbriki barədə </b>

Kreml Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını gözləyir. 

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Nikol Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib.

"Yekun rəsmi nəticələri gözləmək vacibdir. Bilirsiniz, bir çox qeyri-müəyyən məqamlar var idi. Baş verən pozuntularla bağlı çoxlu məlumat gördük. Buna görə də, rəsmi nəticələri gözləməyə üstünlük veririk", - Peskov bildirib. 

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının bazar ertəsi yaydığı məlumata görə, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 7 iyun parlament seçkilərində səslərin 49,825 faizni, Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası 23,281 faizini, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,934 faizini toplayıb.

Pərvanə Sultanova

 





09.06.2026    çap et  çap et