525.Az

Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq


 

Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq<b style="color:red"></b>

Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

525.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

​Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 





09.06.2026    çap et  çap et