525.Az

Reşford Premyer Liqa klublarının hədəfində


 

Reşford Premyer Liqa klublarının hədəfində<b style="color:red"></b>

"Mançester Yunayted"in hücumçusu Markus Reşford bu yay komandasını dəyişə bilər.

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. İngiltərəli forvard ilə Premyer Liqanın digər təmsilçiləri "Aston Villa" və "Tottenhem" yaxından maraqlanır.

Bu fonda Reşford icarə əsasında çıxış etdiyi "Barselona"da qalmağa üstünlük verir. Kataloniya klubunun onun transfer hüquqlarını birdəfəlik satın alıb-almayacağı isə hələlik dəqiqləşməyib.

Xatırladaq ki, "Mançester Yunayted"in yetirməsi olan Markus Reşford geridə qalan 2025/2026-cı illər mövsümünü "Barselona"da keçirib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 49 matçda meydanda olub, bu oyunlarda 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ulduz futbolçunun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci il iyununa qədər qüvvədədir. 

 





09.06.2026    çap et  çap et