525.Az

Sabah Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq


 

Sabah Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq<b style="color:red"></b>

İyunun 10-da Bakının Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun "MİDA" yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq

 





09.06.2026    çap et  çap et