525.Az

"Turan Tovuz"dan ilk transfer


 

"Turan Tovuz"dan ilk transfer<b style="color:red"></b>

"Turan Tovuz" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi "Şamaxı"dan ayrılan Dioqo Balaunu heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Balau son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 





09.06.2026    çap et  çap et