"Məhsul tarladan satış nöqtəsinə çatana qədər daşınma, çeşidləmə, qablaşdırma, saxlanma, logistika və satış xərcləri yaranır. Xüsusilə, tez xarab olan meyvə-tərəvəz məhsullarında soyuducu anbarların, nəqliyyatın və itkilərin payı kifayət qədər yüksək olur".
Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib. Ekspert qeyd edib ki, bu xərclər son qiymətə əlavə edilir və nəticədə məhsulun bazardakı dəyəri artır. Səbəblərdən biri də vasitəçilərin çoxluğudur. Bir çox hallarda məhsul fermerdən topdansatışçıya, oradan regional distribütora, daha sonra pərakəndə satıcıya keçir:
"Hər mərhələdə müəyyən mənfəət marjası əlavə olunduğundan son qiymət ilkin satış qiymətindən dəfələrlə yüksək ola bilir".
Sevinc Qarayeva
çap et