525.Az

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir


 

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir<b style="color:red"></b>

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən 525.az-a bildirilib ki, görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.

Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sevinc Qarayeva 

 





10.06.2026    çap et  çap et