525.Az

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb


 

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25,5 milyard manatlıq mal satılıb.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.

Xatırladaq ki, yanvar-aprel aylarının yekununda pərakəndə ticarət dövriyyəsi 3,7 % böyümüşdü.

 





10.06.2026    çap et  çap et