525.Az

Azərbaycanın xarici dövlət borcu 8 faiz azalıb


 

Azərbaycanın xarici dövlət borcu 8 faiz azalıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır.

Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

 





10.06.2026    çap et  çap et