Azərbaycanın 8 şahmatçısı Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
525.az-a bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib.
8, 10 və 12 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.
Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.
Qeyd edək ki, turnir iyunun 15-28-də keçiriləcək.
çap et