"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şimali Atlantika Alyansı ilə dialoqa açıqdır"
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib: "KTMT NATO da daxil olmaqla, həmişə dialoqa açıq olub".
“Rusiya ilə Qərb arasında münasibətlərdə heç bir böhran olmadığı, Rusiya-NATO Şurasının fəaliyyət göstərdiyi və terrorizmlə mübarizə üçün Əfqanıstana helikopterlərin tədarükü proqramının həyata keçirdiyi, yəni Rusiya-NATO əməkdaşlığı üçün bütöv bir proqramın mövcud olduğu vaxtda belə NATO heç vaxt təhlükəsizlik məsələlərini müzakirə etmək üçün KTMT ilə eyni masada oturmağa razı olmayıb”, - Lavrov bildirib.
Pərvanə Sultanova
çap et