525.Az

"KTMT Ermənistana qarşı müvafiq maddənin tətbiqini nəzərdən keçirəcək" - Xarici işlər naziri


 

"KTMT Ermənistana qarşı müvafiq maddənin tətbiqini nəzərdən keçirəcək" - <b style="color:red"> Xarici işlər naziri</b>

"Ermənistanın üzvlük haqqını ödəməməsi səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməə uyğun olaraq müvafiq maddəni tətbiq etməyi nəzərdən keçirəcək".

525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla bağlı vəziyyətə münasibət bildirərkən bildirib.

O xatırladıb ki, Ermənistan nümayəndələri təxminən iki ildir ki, KTMT tədbirlərində iştirak etmirlər.

“7 iyunda Ermənistanda seçkilər günü həmkarım Ararat Mirzoyan KTMT ilə bağlı suala cavab olaraq dedi ki, "Biz üzvlük haqqı ödəmirik, çünki sadəcə iştirak etmirik". Bu gün belə vəziyyətdə nə edəcəyimizi müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə borcu iki ildən çoxdur ki, yığılır. Bu vəziyyət təşkilatının Nizamnaməsi ilə müəyyən edilir. Bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin aktivləşdirilməsini nəzərdən keçirmək barədə razılığa gəldik", - Lavrov qeyd edib.

Rusiyalı nazir deyib ki, Ermənistan formal şəkildə KTMT üzvü olaraq qalsa da, NATO ölkələri ilə əməkdaşlığı fəal şəkildə genişləndirir, müxtəlif hərbi təlimlər keçirir və hərbi texnika alır. Həm NATO, həm də hazırda hərbiləşdirilmiş bir quruluşa çevrilən Avropa İttifaqı ilə hərbi nümayəndə heyətləri mübadiləsi aparırlar.

Pərvanə Sultanova

 





10.06.2026    çap et  çap et