ABŞ prezidenti Donald Tramp İranın tamamilə məğlub olduğunu bildirib.
525.az xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
"İran ordusu tamamilə xaos içindədir. Onun böyük hissəsi, məsələn, donanma və hava qüvvələri artıq mövcud deyil. İran tamamilə məğlub olub. İran sadəcə danışır, amma heç nə etmir. Yaxın Şərqin zorakısı ölüb!", - Tramp yazıb.
o Əlavə edib ki, İran ABŞ ilə sülh danışıqlarını təxirə salıb: "Onlar özləri üçün əla olacaq bir razılaşma üzrə danışıqları çox uzadırlar və indi bunun bədəlini ödəməli olacaqlar".
Pərvanə Sultanova
çap et