525.Az

Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib


 

Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb.

525.az-a Azərbaycan XİN-dən verilən məlumata əsasən, görüş zamanı Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu çərçivədə, iki ölkə arasında siyasi məsləhətləşmələr və iqtisadi əməkdaşlıq komissiyası mexanizmlərinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından vacibliyi qeyd olunub.

Görüş çərçivəsində həmçinin, siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpa olunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiyanın aparıcı şirkətləri olan ITOCHU⁠ və INPEX-in ⁠Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayaraq ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı xatırlanıb.

 





10.06.2026    çap et  çap et