525.Az

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq


 

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq<b style="color:red"></b>

Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq.

525.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

Belə ki, iyunun 11-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Azadlıq prospekti, M.Qaşqay, Ə.Qasımzadə, S.Rüstəm, S.Zeynalov, M.Rəfili, M.Kaveroçkin, V.Plotnikov, S.Əsgərova, S.Rəhimov, Bakıxanov, E.Tağızadə və İ.Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

 





10.06.2026    çap et  çap et