525.Az

Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb


 

Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən dəyirmi masa zamanı ekspertlər, tədqiqatçılar və analitik ictimaiyyətin nümayəndələri ilə görüş keçirib, görüş çərçivəsində ölkənin xarici siyasətinin əsas prioritetlərini təqdim edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Nazir iştirakçıları ölkənin iqtisadi inkişaf gündəliyi, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, eləcə də nəqliyyat və regional əlaqəlilik sahəsindəki əsas təşəbbüsləri ilə tanış edib.

"C6 formatı kontekstində Azərbaycanın Mərkəzi Asiyadakı rolu, o cümlədən enerji əməkdaşlığının, nəqliyyat əlaqəliliyinin və çoxtərəfli diplomatiyanın inkişafı yolu ilə xüsusi qeyd olunub. Müzakirələr zamanı, həmçinin Azərbaycan-Yaponiya tərəfdaşlığının inkişafı məsələləri, ticarət, investisiyalar, yaşıl enerji, rəqəmsal transformasiya və innovasiyalar sahələrində qarşılıqlı fəaliyyət perspektivləri, eləcə də aktual regional və beynəlxalq proseslər nəzərdən keçirilib", - XİN-in məlumatında bildirilib.

Bundan əlavə, Ceyhun Bayramov görüş iştirakçılarına regiondakı postmünaqişə vəziyyəti və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişi barədə məlumat verib.

 





10.06.2026    çap et  çap et