İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı üç yaşayış məntəqəsinə zərbələri nəticəsində ən azı 14 nəfər həlak olub.
525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunub ki, hücumlar Tir bölgəsi ətrafında həyata keçirilib. Bundan başqa, “Hizbullah”a məxsus avtomobilə raket atılması nəticəsində iki nəfər ölüb. Buzuriya və Kfar-Dunin qəsəbələrinin bombalanması zamanı da mülki insanlar həyatlarını itirib.
Pərvanə Sultanova
çap et