Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Yusif Tarverən oğlu Abdullayevə məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçiriblər.
525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub, “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar aparılır.
çap et