525.Az

"İranın müdaxiləsi heç bir fayda verməyəcək" - Livan prezidenti


 

"İranın müdaxiləsi heç bir fayda verməyəcək" -<b style="color:red"> Livan prezidenti</b>

"Livan suveren dövlətdir və öz maraqlarını güdən İranın himayəsinə ehtiyac duymur".

525.az xəbər verir ki, bu barədə Livan prezidenti Cozef Aun 7 iyunda Beyrutun cənubuna hava hücumundan sonra İranın İsrailə raket zərbələrini şərh edərkən bildirib.

"Biz dost Körfəz dövlətlərinin köməyini alqışlayırıq, lakin Livan xalqının maraqlarına xidmət etməyən məqsədlərə çatmaq üçün münaqişəyə müdaxilə bizim üçün qəbuledilməzdir. Müharibənin davam etdirilməsi heç bir fayda verməyəcək, çünki biz danışıqları seçmişik", - prezident deyib.

Onun sözlərinə görə, bir çox ölkələrin inkişafına töhfə verən livanlılar İranın himayəsi olmadan müstəqil şəkildə öz dövlətlərini bərpa edə və gücləndirə bilərlər.

Pərvanə Sultanova

 





10.06.2026    çap et  çap et