525.Az

DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib


 

DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

525.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses iyulun 1-nə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

 





10.06.2026    çap et  çap et