525.Az

Pakistanda hərbi helikopter qəzaya uğradı


 

Pakistanda hərbi helikopter qəzaya uğradı<b style="color:red"></b>

Dünən Kəşmirdə, Muzaffarabad şəhəri yaxınlığında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 helikopteri qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

Qəza nəticəsində ekipaj üzvlərinin həlak olduğu bildirilsə də, onların sayı açıqlanmayıb.

Qeyd edək ki, faciəyə səbəb kimi ilkin olaraq texniki nasazlıq göstərilir. Qəzanın əsl səbəbi araşdırılır.

L.Tağıyeva

 





11.06.2026    çap et  çap et