525.Az

CAR-da naməlum şəxslər 12 nəfəri qətlə yetirdi


 

CAR-da naməlum şəxslər 12 nəfəri qətlə yetirdi<b style="color:red"></b>

Yohannesburqda naməlum şəxslərin odlu silahdan açdıqları atəş nəticəsində 12 nəfər öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 9-u kişi, 3 qadındır.

11 nəfər hadisə yerində həyatını itirib. 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Daha 9 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
İstintaqın gəldiyi ilkin qənaətə görə, cinayəti törədən 10 silahlı mikroavtobusda hadisə yerindən uzaqlaşa bilib. Onların axtarışları hələlik bir nəticə verməyib.

Qeyd edək ki, polis hadisənin motivlərini də müəyyənləşdirməyə çətinlik çəkir.

L.Tağıyeva

 





11.06.2026    çap et  çap et