525.Az

"Yaxın aylarda ət qiymətlərində əlavə ucuzlaşma müşahidə oluna bilər" - İqtisadçı


 

"Yaxın aylarda ət qiymətlərində əlavə ucuzlaşma müşahidə oluna bilər" - <b style="color:red">İqtisadçı </b>

“Ölkədə daxili istehsalın yetərli olmaması və mal-qaranın sayında azalma ət idxalını daha da aktuallaşdırır. Fikrimcə, heyvandarlıq sahəsinin inkişafı üçün diri heyvan idxalına tətbiq olunan gömrük rüsumlarında müəyyən güzəştlər nəzərdən keçirilə bilər. Azərbaycan Ukrayna, Belarus, İndoneziya, Monqolustan və digər ölkələrdən də ət idxal edir. Bu isə bəzi hallarda bazarda qiymətlərin ucuzlaşmasına səbəb olur”.

Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bildirib ki, mövsümi amilləri qiymətlərə təsirsiz ötüşmür:

“Yaz-yay aylarında təbii yem bazasının genişlənməsi maya dəyərin aşağı düşməsinə səbəb olur. Bu baxımdan yaxın aylarda ət qiymətlərində əlavə ucuzlaşma müşahidə oluna bilər”.

Sevinc Qarayeva 
 

 





11.06.2026    çap et  çap et