525.Az

"Ağıllı yeraltı konteynerlərə investisiyası məhz bu yanaşmanın nümunəsidir" - Rauf Ağamirzəyev


 

"Ağıllı yeraltı konteynerlərə investisiyası məhz bu yanaşmanın nümunəsidir" - <b style="color:red">Rauf Ağamirzəyev</b>

“Şəhərdə ən bahalı resurslardan biri torpaqdır. Buna görə də müasir şəhərsalmada əsas məqsədlərdən biri məhdud şəhər məkanından maksimum səmərə ilə istifadə etməkdir. Bu baxımdan Bakı və Tbilisi küçələrində tullantıların idarə olunması iki fərqli yanaşmanı nümayiş etdirir. Bakıda geniş yerüstü konteynerlər küçə və səki məkanının bir hissəsini tutur. Bu sistemin qurulması və istismarı daha sadə olsa da, qiymətli şəhər məkanının istifadəsi baxımından səmərəliliyi aşağıdır. Tbilisidə isə yeraltı tullantı konteynerləri tətbiq edilir. Küçə səthində yalnız tullantı qəbul edən hissə görünür, əsas həcm isə yerin altındadır. Nəticədə şəhər məkanı piyadalar, yaşıllıq, velosiped infrastrukturu və digər ictimai funksiyalar üçün azad edilir”.

Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, müasir şəhər idarəçiliyində əsas prinsip budur: bahalı şəhər torpağı avtomobillər, texniki qurğular və anbar funksiyaları üçün deyil, insanlar üçün istifadə edilməlidir:

“Tbilisinin ağıllı yeraltı konteynerlərə investisiyası məhz bu yanaşmanın nümunəsidir. Şəhər inkişaf etdikcə torpaqdan üfüqi deyil, daha çox şaquli və yeraltı həllərlə istifadə etmək zərurəti artırır”.

Sevinc Qarayeva
 

 





11.06.2026    çap et  çap et