525.Az

"Bu, şəhər infrastrukturuna düşən təzyiqi azaldır" - Millət vəkili


 

"Bu, şəhər infrastrukturuna düşən təzyiqi azaldır" - <b style="color:red">Millət vəkili</b>

“Dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır”.

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov söyləyib. Millət vəkili qeyd edib ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək:

“Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdı”.

Sevinc Qarayeva 

 





11.06.2026    çap et  çap et