525.Az

Bakıda "Qazel" motosikletlə toqquşub


 

Bakıda "Qazel" motosikletlə toqquşub<b style="color:red"></b>

Bakıda maşın motosikletlə toqquşub, bir nəfər ölüb.

525.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanov idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Məhəmmədin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü Mirzə Məhəmməd ölüb, sərnişin Nihat Məmmədov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 





11.06.2026    çap et  çap et