525.Az

Naxçıvanda bank əmanətləri 43 faizə yaxın artıb


 

Naxçıvanda bank əmanətləri 43 faizə yaxın artıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 42,2 milyon manat əmanəti olub.

Bu barədə 525.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. 

Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 42,8 % çoxdur.

Əmanətlərin 94,5 %-i milli, 5,5 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 44,4 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 19,5 % artıb.

 





11.06.2026    çap et  çap et