Pakistan Əfqanıstana hava hücumları təşkil edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media hesabında etdiyi paylaşımda bildirib.
“Pakistan ordusu bir daha Əfqanıstan hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində mülki şəxslərin evlərini bombalayıb. Bu hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həyatını itirib, 14 qadın və uşaq isə yaralanıb. Biz bu qeyri-insani cinayəti və təcavüz aktını qətiyyətlə pisləyirik”, - deyə açıqlamada vurğulanıb.
Pakistan ordusu və ya hökuməti tərəfindən hələlik heç bir açıqlama verilməyib.
İbrahim Cəfərov
çap et