525.Az

Nigeriyada imtahan zamanı məktəbə basqın - 3 nəfər həlak olub


 

Nigeriyada imtahan zamanı məktəbə basqın - <b style="color:red"> 3 nəfər həlak olub</b>

Nigeriyanın Kogi əyalətinin İluke Bunu bölgəsindəki bir məktəbə basqın edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kogi əyalətinin İnformasiya və Kommunikasiya üzrə komissarı Kingsley Femi Fanvo bildirib.

O qeyd edib ki, hərbi forma geyinmiş silahlılar imtahan zamanı məktəbə basqın təşkil ediblər. Kütləvi adam oğurluğuna cəhd edən şəxslərin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

İnsident zamanı 6 yaşlı uşaq və məktəb direktoru da daxil olmaqla 3 nəfər həyatını itirib.

Qeyd edək ki, son zamanlar Nigeriyada məktəblərə hücumlarda artım müşahidə olunur. Son olaraq, 15 mayda Oyo əyalətinin Oriire bölgəsində 3 məktəbə edilən hücumlarda silahlı şəxslər tərəfindən 40 şagird və 7 müəllim qaçırılıb.

İbrahim Cəfərov

 





11.06.2026    çap et  çap et