Myanmadakı ABŞ səfirliyində çalışan diplomat ölü tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı bir taylandlı qadın saxlanılıb.
“Associated Press” agentliyinin verdiyi məlumata görə, Yanqondakı ABŞ səfirliyində çalışan diplomatın cəsədi oteldə aşkarlanıb.
Tayland və ABŞ rəsmiləri diplomatın ölümünü təsdiqləsələr də, əlavə məlumat verməkdən imtina ediblər.
Myanma polisi hadisəni "qətl" kimi qiymətləndirdiyini və istintaq çərçivəsində bir taylandlı qadının saxlanıldığını bildirib.
İbrahim Cəfərov
çap et