“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv dövlətlərin onu təşkilatdan xaric etrməklə bağlı qərarını nəzərə alacaq”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
"KTMT-dəki vəziyyətlə bağlı şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric etmə mexanizmi var və o, fəaliyyət göstərir. Əgər üzv dövlətlər Ermənistanı qurumdan çıxarmaq qərarına gəlsələr, biz bu qərarı nəzərə almalı olacağıq. Bizim başqa seçimimiz qalmır", - Paşinyan söyləyib.
Pərvanə Sultanova
çap et