525.Az

Azərbaycan millisi FİFA reytinqində gerilədi


 

Azərbaycan millisi FİFA reytinqində gerilədi<b style="color:red"></b>

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

525.az xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.

Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70).

Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir.

 





11.06.2026    çap et  çap et