"Son günlərdə hərbi gərginliyin artmasına baxmayaraq, Pakistan rəhbərliyi ABŞ–İran münaqişəsinin tənzimlənməsi üçün vasitəçilik səylərini davam etdirir”.
525.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi deyib.
O bildirib ki, yeni qarşılıqlı hərbi əməliyyatlar dalğası qarşısında optimizmi qorumaq çətindir: “Bununla belə, biz ümidimizi itirmirik, danışıqlarda iştirak etməyə davam edirik”.
XİN nümayəndəsi bildirib ki, Pakistan tərəfi məsələnin danışıqlar yolu ilə həllinə ümid edir: "Biz əminik ki, bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həlli üçün diplomatiya və dialoq əsas prinsiplər olmalıdır".
Tahir Andrabi, həmçinin bildirib ki, Pakistanın daxili işlər naziri bu yaxınlarda Tehrandan qayıdıb və orada vasitəçilik səylərinin bir hissəsi olaraq Baş nazirin mesajını və məktubunu İran rəhbərliyinə çatdırıb.
Pərvanə Sultanova
çap et