525.Az

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb


 

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb<b style="color:red"></b>

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.

525.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.

Araşdırmalar davam etdirilir.

 





11.06.2026    çap et  çap et