525.Az

Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib


 

Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib.

525.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

 





11.06.2026    çap et  çap et