525.Az

Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu


 

Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu<b style="color:red"></b>

Meksika millisinin üzvü Gilberto Mora CAR-a qarşı keçirilən DÇ-2026-nın açılış matçında meydana çıxıb.

525.az xəbər verir ki, o, 65-ci dəqiqədə Alvaro Fidalqonu əvəzləyib. Bununla da, Mora dünya çempionatları tarixində altıncı ən gənc futbolçu olub. Hazırda o, 17 yaş 240 günlüyündədir.

Dünya çempionatları tarixində meydana çıxan ən gənc futbolçuların siyahısında Pele (17 il və 235 gün) və Samuel Eto (17 il, 99 gün) kimi ulduzlar var.

Dünya çemponatları tarixində ən gənc futbolçu adına isə Normal Uaytsayd sahibdir. O, DÇ-1982-də 17 yaş 41 günlüyündə meydana çıxıb.

İbrahim Cəfərov

 





12.06.2026    çap et  çap et