DÇ-2026-nın A qrupu çərçivəsində keçirilən Cənubi Koreya - Çexiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
525.az xəbər verir ki, bu ada Cənubi Koreya yığmasının üzvü Xvan İn-Bom layiq görülüb. 29 yaşlı yarımmüdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.
İn-Bom çexlərlə görüşdə əvvəlcə 67-ci dəqiqədə hesabı bərabərləşdirib. 80-ci dəqiqədə isə komanda yoldaşı Hyeon-Qyuya qol ötürməsi verib.
Xatırladaq ki, matç Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İbrahim Cəfərov
çap et