525.Az

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb


 

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb<b style="color:red"></b>

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-dən 525.az-a verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Həmin şəxsə məxsus həyətyanı sahədən xüsusi qulluq edərək yetişdirdiyi 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Keçirilən digər tədbir zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulovdan isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 





12.06.2026    çap et  çap et