“Yerli meyvələr xarici bazarlarda daha sərfəli qiymətə satıldıqda məhsulun bir hissəsi ixraca yönəlir. Bu isə daxili bazarda təklifi azaldaraq qiymətlərin aşağı düşməsinə mane olur”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. Ekspert bildirib ki, ölkədə mal və xidmətlərin qiyməti artdıqca kənd təsərrüfatı məhsulları da bu prosesdən kənarda qalmır:
“Nəticədə, mövsümün başlaması təkbaşına qiymətlərin ciddi ucuzlaşacağı anlamına gəlmir. Məhsul bolluğu olsa belə, yüksək istehsal xərcləri, logistika problemləri, ixrac və inflyasiya qiymətlərin əvvəlki illərdəki kimi aşağı düşməsinə imkan verməyə bilər”.
Sevinc Qarayeva
çap et