525.Az

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb


 

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat, “Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycest və ənənəvi kitab sərgisi hazırlanıb.

525.az-a Kitabxanadan bildirilib ki, hazırlanan materiallar oxuculara Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini daha dərindən qavramağa, müasir Azərbaycan dövlətçiliyinin inkişaf yolunu izləməyə imkan yaradır.

“Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat süni intellekt texnologiyası vasitəsilə hazırlanaraq oxucuların istifadəsinə təqdim edilib. Hazırlanan materialda 15 İyun Milli Qurtuluş Gününün Azərbaycan tarixində, dövlətçilik ənənələrinin qorunması və müasir, müstəqil Azərbaycanın formalaşmasında oynadığı müstəsna rol geniş şəkildə işıqlandırılıb. Materialda Ulu Öndər Heydər Əliyev tərəfindən 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial inkişaf prosesləri haqqında geniş məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən təqdimatda həmçinin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən, 1993-cü ilin ortalarında yaşanan idarəçilik böhranından, daxili qarşıdurmalar və ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasında bəhs edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkənin xilası, dövlətçiliyin qorunması, məhz onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, ordu quruculuğu, iqtisadi islahatlar və xarici siyasət sahəsində həyata keçirilən uğurlu addımlar barədə geniş məlumat verilir.

“Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycestdə Ulu Öndər Heydər Əliyevin müdrik fikirləri yer alır. Materialda hüquq elmləri doktoru, professor Samir Vəliyevin “15 İyun - Milli Qurtuluş Günü şanlı tariximizin şanlı səhifəsidir” məqaləsinin tam mətni və 2021-2026-cı illərdə dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri və qısa xülasəsi də təqdim edilir. Material kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada "15 İyun - Milli Qurtuluş Günü" adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “15 İyun - Milli Qurtuluş Günü" adlı metodik vəsait sərgilənməkdədir.

 





12.06.2026    çap et  çap et