İran ABŞ ilə anlaşma memorandumunun 14 bəndini açıqlayıb.
525.az xəbər verir ki, “Mehr” agentliyi sənədin mətnini yayıb.
Tərəflər arasında razılaşdırılmış müddəalara görə, 30 gün ərzində dəniz blokadasının ləğvi və ABŞ qüvvələrinin İslam Respublikası ilə həmsərhəd ərazilərdən çıxarılması nəzərdə tutulub.
Razılaşmaya əsasən, ABŞ və müttəfiqləri İranın yenidən qurulması üçün ən azı 300 milyard dollar dəyərində planlar təqdim etməlidirlər.
- Hörmüz boğazının 30 gün ərzində İranın müəyyən etdiyi qaydalarla açılması;
- ABŞ-ın İranın daxili işlərinə qarışmaması və onun suverenliyinə hörmət;
- İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiqliyini bir daha təsdiqləməsi;
- Sanksiyaların dayandırılması və İranın dondurulmuş aktivlərə tam çıxışı;
- Nüvə məsələləri üzrə yekun razılaşmaya nail olmaq və ABŞ sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi
Agentliyinin İdarəçilər Şurasının qətnamələrinin tam ləğvi üçün 60 günlük danışıqların aparılması;
- Yekun danışıqların 60 günlük mərhələsi ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İranın istifadəsinə verilməlidir;
- Sazişin icrası üçün monitorinq mexanizminin yaradılması;
- Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi
Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin tamamilə və dərhal dayandırılması da sənəddə əksini tapıb.
“Mehr” yazır ki, İranın raket proqramı ABŞ-la memorandumun mətninə daxil edilməyib. Bu məsələnin gündəmdən çıxarıldığı bildirilib.
İran XİN-dən bildirilib ki, ölkənin müvafiq qurumları tərəfindən sənədin nəzərdən keçirilməsi və yekunlaşdırılması lazımdır.
Pərvanə Sultanova
çap et