Çin Filippinin müdafiə naziri Gilberto Teodoro və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, Teodoro dəfələrlə Çinə qarşı məsuliyyətsiz açıqlamalar verib, bununla da Pekinin qanuni maraqlarına xələl gətirib, Çin-Filippin münasibətlərini sarsıdıb.
“Çinin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün nazir Teodoronun, onun həyat yoldaşının və övladının ölkənin daxili bölgələrinə - Honkonq və Makaoya girişinin qadağan edilməsi qərara alınıb. Bundan əlavə, Çindəki təşkilatlara və şəxslərə onun, həyat yoldaşının və övladının iştirakı ilə hər hansı bir əməliyyat aparmaq, əməkdaşlıq etmək və digər fəaliyyətlə məşğul olmaq qadağan edilib”, - açıqlamada vurğulanıb.
Pərvanə Sultanova
çap et